Prezident Bakı-Sumqayıt yolundakı tıxacdan danışdı - VİDEO
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
Sfera.az xəbər verir ki, prezident çox yaxşı işlərin görüldüyünü deyərək, Bakı şəhərinin bütün küçələrinin ən yüksək standartlara cavab verməli olduğunu bildirib: "Harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq."
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov layihə hazırlayıb təqdim edəcəyini deyib.