Prezident: "Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

Prezident:
"Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır".

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib: "Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədiklə...

Malayziya xarici işlər naziri müavininin Azərbaycana səfər tarixi bəlli oldu

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər Azərbaycana yanvarın 21-də gələcək. Sfera.az  xəbər verir ki, bu barədə Malayziyanın Azərbay...

Prezident onu səhiyyə naziri təyin etdi - SƏRƏNCAM

Teymur Musayev səhiyyə naziri təyin edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısı...

Ərdoğan İlham Əliyevlə Ukrayna səfərini müzakirə edəcək

"Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma kimi görmür”. Sfera.az xəbər verir ki, bunu Albaniya səfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayy...

Rəsmi Bakıdan Fransa xarici işlər nazirinin bəyanatına - Reaksiya

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yar...

Lavrov və Blinken telefonda danışdı

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə ABŞ D...