İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti bu şəxs icra edir
12:45 / 12.03.2020
3752
Azərbaycan İlahiyyat İnstitutunda rektor vəzifəsinin icrası bu təhsil ocağının prorektoru Aqil Şirinova tapşırılıb.
Bu barədə Yenisabah.az saytına Aİİ-nin əməkdaşı Ayşən Hüseynova məlumat verib.
Qeyd edək ki, Aİİ rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçildiyi üçün martın 9-da Prezident İlham Əliyevin fərmanı ilə tutduğu vəzifədən azad olunub.