Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi - YENİLƏNİB

Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az  xəbər verir ki, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edildi. Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olundu.

Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

 12:13
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az  xəbər verir ki, bua barədə Azərbaycan Prezidentinin Mətbaut Xidməti məlumat yayıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Kunio Makuriyanı videoformatda qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib. ...

Azərbaycan səfiri Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü - FOTO

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə görüşüb. Sfera.az  xəbər verir ki, bu ba...

"Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək" - FOTOLAR

"Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək". Sfera.az xəbər verir ki, bunu İran Prezid...

Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb - FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ...

Ceyhun Bayramov OPEC-in Baş katibi ilə görüşdü – FOTO

20 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi...

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...