Prezident sülhməramlıların fəaliyyətindən DANIŞDI

Prezident sülhməramlıların fəaliyyətindən DANIŞDI
"Ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var”.

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

"İlk növbədə bizim əraziyə qanunsuz olaraq xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışdıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə daxil ola bilməz. Bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, tam yüzdə-yüz bu həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Bunu da bildirməliyik. Bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz əlbəttə ki, istərdik ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə hörmət edilsin. Onsuz da Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Və belə olan halda yerlərdə orada xidmət edən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətlərini aparmalıdırlar”, - dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...