Post-terminallarla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir - EKSPERTDƏN TƏKLİF

Post-terminallarla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir - EKSPERTDƏN TƏKLİF
 

"Plastik kartları qəbul etməyən sahibkarlar üçün xüsusi cərimələr müəyyənləşdirilməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri post-terminalların sayının azalmasına münasibət bildirərkən "İstehlakçilarin maarifləndirilməsi və hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri, iqtisadiçı ekspert Azər Sərdarov deyib:

 

"Bu məsələ həm qeyri-neft sektoru, o cümlədən turizmin inkişafı, həm də kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımdan vacibdir. Hələ də bir sıra satış və xidmət obyektlərində plastik kartlarin istifadə edilməsində problemlər qalmağdadır. Problem ondadır ki, plastik kart sahibləri bəzi xidmət məntəqələrində, xüsusən də bir sıra kafevə restoranlarda həmin kartla ödəniş etmək istəsə də, obyekt sahibləri müxtəlif bahələrlə bundan yayınırlar. Belə kafe və restoranlar "post-terminalın işləməməsi”, "bankla distant əlaqənin olmaması” kimi fərqli bəhanələrdən istifadə edirlər”.

 

Rəhbərlik etdiyi birliyin apardığı monitorinqin nəticələrinə toxunan A. Sərdarovun sözlərinə görə, market və ictimai iaşə obyektlərində, eləcə də tikinti mallarinin satış yerlərində post-terminalların olmasına baxmayaraq, ödənişlər əksər hallarda nağd olaraq tələb edilir:

 

"Monitorinq nəticəsində bəlli olub ki, həmin obyektərin sahibləri post-terminallardan istifadə edilməməsi səbəblərini ödəniş kartlari ilə işləməyin əlavə cətinliklər yaratması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, işci əmək haqqını gündəlik və nəğd istəyir, obyektin sahibi icarə pulunu nağd istəyir, gündəlik bazarlığa, kommunal və izafi xərclərə nağd pul tələb olunur, banklar "nagdlaşdırma" əməliyyatına məhdudiyyət tətbiq edir və əlavə olaraq 1% komissiya tutur və s”.

 

Azər Sərdarov bu arqumentlərin heç bir halda qəbul edilən olmadığını diqqətə çatdırdı: "Əksinə belə hallar "Nağdsız hesablaşmalar haqqında”və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikasinin qanunlarını pozmaq deməkdir. Hər hansı bir obyekt bank kartını qəbul etməyib nəğd pulla ödəməyi tələb edildiyi halda dərhal Vergilər Nazirliyinin 195 çağri mərkəzinə məlumatverilməlidir. Bu baxımdan öz yaxınlarınıza həmin obyektlərə getməməyi tövsiyyə etməyinizə və bununla belə hər hansı obyektin xidmətindən istifadə etmək istədiyinizdə ilk növbədə nagdsız ödəniş yolu ilə hesablaşacağınızı əvvəlcədən bildirməyinizə ehtiyac vardır”.


A. Sərdarov həmçinin qanunvericiliyə dəyişikliklər edilməsi və post-terminallardan istifadə olunmamasına görə məsuliyyətin ağırlaşdırılmasını təklif etdi:

"Plastik kartlar qəbul etməkdən imtina edən sahibkarlıq subyektləri üçün xüsusi cərimlərin müəyyənləşdirilməsinə ehtiyac var”.


Qeyd edək ki, bu günlərdə vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda fəaliyyət göstərən Post-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşdüyünü bəyan etmişdi. Nazir müavini onu da əlavə edib ki, ölkəmizə gələn turistlərin sayının artdığı bir ərəfədə onlar Post-terminalları görməyəndə pul xərcləyə bilmirlər.

Elçin


OXŞAR XƏBƏRLƏR