Portuqaliyadakı Qran-pridə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək

Portuqaliyadakı Qran-pridə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək
Yanvarın 28-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə Qran-prinin püşkü atılıb.

3 gün davam edəcək turnirdə Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Yarışda ölkənin 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, püşkün nəticələrindən də göründüyü kimi, onlardan cəmi 5-i qüvvəsini sınayacaq. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Sfera.az-averilən məlumata görə, Y.Nəcəfov, Z.Poladov və R.İsmayılovun Bakıda verdikləri test nəticələri neqativ olsa da, onlar texniki səbəbdən Portuqaliyaya aparılmayıb. N.Mirzəyev, Z. Tskayev, A.Vəliyeva, Ş.Həmidova və S.Əliyevadan Portuqaliyada götürülmüş analiz nəticələri pozitiv çıxdığından sözügedən cüdoçular yarışa buraxılmayıb. Bu idmançıların Bakıda verdikləri test nəticələri mənfi olub.

Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi müsbət çıxıb.

Kişilər
60 kq

1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)
1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)
100 kq

1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)
+100 kq

1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ)
1/8 final. Uşanqi Kokauri - Klemen Musumadi (Konqo)

Qeyd edək ki, Qran-pridə 41 ölkədən 301 idmançı qüvvəsini sınayacaq.
 

OXŞAR XƏBƏRLƏR