Pornoqrafik görüntüləri yayılan Ramiz Göyüşov danışdı: “Hər şey ortadadır”

Pornoqrafik görüntüləri yayılan Ramiz Göyüşov danışdı: “Hər şey ortadadır”
"Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır".

Sfera.az xəbər verir ki, bu sözləri bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib.

"Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi, belə bir halla qarşılaşırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Bir az sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni şantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim. 

İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.

Göyüşov bildirib ki, həmin şəxslərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:

"Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir”.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə yaşayan müəyyən şəxslər Azərbaycanda nüfuzlu, tanınan şəxsləri eyni üsulla şantaj edib, pul almağa çalışıblar.
 
( Azadinfo.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda son sutka üzrə yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...

Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA

Qanunverici hakimiyyət tərəfindən ümumilikdə pandemiya şərtlərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş şəxslər barəsində amnistiya qə...

Pornoqrafik görüntüləri yayılan Ramiz Göyüşov danışdı: “Hər şey ortadadır”

"Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır". Sfera.az xəbər verir ki, bu sözləri bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni...

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3305 yeni yoluxma faktı qeydə alınıb, 3423 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Yoluxanlarınbu günə olan sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

Yoluxanların bu günə olan statistikası açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...