Polşalı general Qərbin Rusiyaya nüvə zərbəsi endirə biləcəyini açıqladı

Polşalı general Qərbin Rusiyaya nüvə zərbəsi endirə biləcəyini açıqladı
Polşalı general Valdemar Skşipçak Rusiyanın hücum edəcəyi təqdirdə Qərb nüvə silahı ilə zərbə endirməyə hazır olduğunu açıqlayıb. 
 
 Bu barədə "Wirtualna Polska” generalın müsahibəsinə istinadən məlumat verib.   Şkşipçak iddiasına əsasən, Vaşinqton "Polşa ərazisində Qırmızı ordunu dayandırmaq” üçün nüvə silahından istifadə etməyə hazır olub.
 
Onun sözlərinə əsasən, belə planlar hazırda da mövcuddur.   General belə bir ssenarinin Varşava üçün qəbuledilməz olduğunu vurğulayaraq lakin müharibə zamanı "heç kim fikrimizi öyrənməyəcək”, -deyə qeyd edib.   Şkşipçak heç bir Avropa ölkəsinin təkbaşına Rusiya ordusuna qarşı gələ bilməyəcəyini elə bu səbəbdən Varşavanın 1999-cu ildə NATO-ya qoşulduğunu diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR