Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
00:15 / 19.05.2020
1925
AZAL Azərbaycanın Polşadakı səfirliyinə təxliyyə üçün müraciət etmiş bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.
Bu barədə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən Sfera.az-a verilən məlumatda deyilir.
AZAL-dan yazılı olaraq bildirilmiş məlumata əsasən, bu yaxınlarda həyata keçirilməsi nəzərdə tutulan təxliyyə üçün Varşava-Bakı reysi üzrə uçuş biletinin məbləği 350 ABŞ dolları təşkil edəcək.