Polşada hiddətləniblər: Paşinyan faşizmi qınamaqdan imtina etdi

Polşada hiddətləniblər: Paşinyan faşizmi qınamaqdan imtina etdi
 

Polşada, bütün bəşəriyyət üçün kədərli olan tarix - II Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar tədbirlər başlayıb.

Virtualaz.org-un xüsusi müxbiri Zaur Rəsulzadə Varşavadan xəbər verir ki, tədbirlərdə Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Ermənistan isə məmurlardan kimisə Varşavaya göndərməkdən imtina edib və bununla da Polşa tərəfinin hiddətinə səbəb olub.

 

Polşanın diplomatik mənbələrindən virtualaz.org-a məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ bir ay əvvəl tədbirlərdə iştirak edəcəyini təsdiqləyibmiş, ancaq mərasimlərdən bir neçə gün əvvəl erməni tərəfi nümayəndələrinin səfərini ləğv edib.

"Bu yaxınlarda Ermənistan rəsmilərindən birinin dilindən eşitdik ki, guya Yerevanda dəvəti almayıblar. Ancaq bu belə deyil - Varşava Şərq Tərəfdaşlığı ölkələrinin bütün liderlərinə yaddaqalan tarixdən altı ay əvvəl dəvətnamələr göndərib. Və Paşinyan özü Polşaya səfərini təsdiqləmişdi. Biz sadəcə Ermənistan rəhbərliyinin hərəkətlərini başa düşmürük”, - deyə həmin mənbə bildirib.

Yerevanın göstərdiyi hörmətsizliyə qarşı Varşavanın hansı tədbirləri görəcəyi ilə bağlı suala cavab olaraq, Polşa mənbələri diplomatiyada qarşılıqlı bir prinsipin olduğunu vurğulayıblar və bildiriblər ki, buna görə də Polşa rəsmi şəxslərinin Ermənistana nəzərdə tutulan səfərlərinə yenidən baxılacaq.



OXŞAR XƏBƏRLƏR

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...