Polkovnikin evindən 12 milyard pul çıxdı

Polkovnikin evindən 12 milyard pul çıxdı


 

Rusiya xüsusi xidmət orqanları ciddi rüşvət qalmaqalı və həbslərlə çalxalanır. Bu ölkə KİV-lərnin xəbərlərinə görə Federal Təhlükəsizlik Xidmətinin bankları kurasiya edən polkovnikinin həbsi bankirlərlə çekistlər arasında dərin korrupsiya əlaqələrini üzə çıxarıb. Nəticədə FTX rəhbərliyində yerdəyişmələr aparılıb, bir çoxları vəzifələrini itirib.

Bu gün mayın 17-də yayılan xəbərlərə görə Federal Təhlükəsizlik Xidmətinin (FTX) "K” idarəsinin bank şöbəsinin rəisi, polkovnik Kiril Çerkalin barəsində başlanmış cinayət işinin araşdırılması çərçivəsində onun üç mənzilində aparılmış axtarışlar nəticəsində 12 milyard rubla ekvivalent məbləğdə pul götürülüb.

Virtualaz.org"Rosbalt”a istinadən xəbər verir ki, bu barədə məlumatı xüsusi xidmət orqanındakı mənbə paylaşıb.Axtarış şöbəsinin əməkdaşları şübhələnirlər ki, aşkarlanmış pullar kommersiya strukturlarına himayədarlıq etmək üçün çekistlərə bankların rəhbərləri tərəfindən verilib.Cinayət işinin materiallarında rüşvət vermiş üç bankın adı hallanır ki, bunların arasında "Trast” və "Yuqra” da var.Nəşrə məlumatı ötürmüş mənbənin bildirdiyinə görə, Çerkalinin ittihamlarına rüşvət alma epizodları da əlavə edilə bilər.

Dünən mayın 16-da məlumat verilmişdi ki, polkovnik 2012-2015-ci illərdə kommersiya firmalarından birinə himayədarlıq etməsinin əvəzində həmin təşkilatın rəhbərindən 850 min dollar rüşvət almaqda ittiham edilib.

"Rosbalt” bildirir ki, Çerkalinə bu pulu Nazarov familiyalı sahibkar verib və FTX polkovnikini məsuliyyətə məhz onun ərizəsi əsasında cəlb ediblər.

Çerkalinlə birlikdə onun FTX-dən keçmiş həmkarları – polkovnik Andrey Vasilyev və polkovnik Dmitri Frolov həbs ediliblər ki, onlar da 500 milyon rubl məbləğində əmlakın mənimsənilməsində ittiham olunurlar.

Qeyd edək ki, bu hadisələrdən sonra FTX rəhbərliyində ciddi yerdəyişmə baş verib. "Rosbalt”ın məlumatına görə, sözügedən əməliyyatı həyata keçirmiş FTX Daxili təhlükəsizlik idarəsinin rəisi Aleksey Komkov hərbi əks-kəşfiyyat xidmətinə rəis müavini təyin olunub.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki. bu yerdəyişmə Komkov üçün karyerasında yüksəliş kimi qiymətləndirilə bilər. Belə ki, əks-kəşfiyyat idarəsində rəhbər vəzifə daha uğurlu karyera üçün mühüm mövqedir.

Xatırladaq ki, bundan əvvəl "qara” nağd pulların aşkarlanaraq götürülməsi üzrə "rekordçu” Rusiya Daxili İşlər Nazirliyinin korrupsiya əleyhinə "T” idarəsinin keçmiş rəis əvəzi Dmitri Zaxarçenko idi. O, 2016-cı ilin sentyabr ayının 9-da həbs edilib. Axtarışlar nəticəsində Zaxarçenkoya məxsus mənzillərdən 8,5 milyard rubl tapılmışdı. Baş Prokurorluğun vəsatəti üzrə məhkəmə Zaxarçenko ailəsindən daha 9 milyard rubl pul müsadirə edib. O, 15 il müddətinə həbs cəzası ala bilər.

 

OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri karantini sərtləşdirir: Çıxış yolu yalnız budur

  Dünyanın bir çox ölkələri koronavirusla bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra ciddi problemlərlə üzləşiblər. Məhdudiyyətlərin yumşaldıldığı ölkələrd...

Qazaxıstanda koronavirusa görə matəm elan edildi

  Qazaxıstanda 13 iyul matəm günü elan edilib. Sfera.az  xəbər verir ki, bu ölkədə son 24 saat ərzində 1,962 nəfərdə COVİD-19 aşkarlanıb. ...

SON DƏQİQƏ! Koronavirusla bağlı ŞAD XƏBƏR!

  Köln Universiteti Klinikasının, Alman İnfeksiya Tədqiqatları Mərkəzinin alimləri İsraildən olan mütəxəssislərlə birlikdə koronavirus infeksiyasını neytr...

Türkiyədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatdı

 Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, ...

Qarışqalar bu pis xəstəliyin dərmanı imiş - Böyük KƏŞF

 Qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edilib. Sfera.az xəbər verir ki, Moskv...

Alimlərdən ŞOK KƏŞF: COVID-19-a qarşı immunitet bu yolla da qazanılır

 Koronavirus xəstələrinin ailə üzvlərinin testləri neqativ çıxmağına baxmayaraq, COVID-19-a qarşı immunitetli ola bilərlər. Alimlər bu fenomeni "səssiz imm...