Polkovnik: “Hərbi prokurorun ordu haqqında dedikləri ilə tam razıyam”

Polkovnik: “Hərbi prokurorun ordu haqqında dedikləri ilə tam razıyam”
 
"Xanlar Vəliyev respublikanın hərbi`prokurorudur. Əlbəttə, tək deyil, onun aparatı da var. Hamısı da mütəxəssisdir. Bütün hərbi hissələrdə gedən proseslər Hərbi Prokurorluq tərəfindən yoxlanılır. Yəni hərbi prokuror hərbi birləşmələrə, hissələrə nəzarət edir. Nəinki nəzarət edir, eyni zamanda maarifləndirir, qanunlarla bağlı məlumatlandırır. Ona görə daim profilaktik işlər aparılır ki, yerlərdə olan hərbçilər həm öz hüquqlarını bilsinlər, həm də qanunlara riayət etsinlər. Əgər kimsə bu qanunlara əməl etməsə cəzasının nə olacağını bilsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Ordusundakı son vəziyyətlə bağlı fikirlərini şərh edərkən deyib.

Polkovnik bildirib ki, bəzən Azərbaycan Ordusunda korrupsiya hallarının olması haqqında əsassız fikirlər səsləndirilir. 

Ş.Ramaldanovun sözlərinə görə, ordu komandirləri və prokurorluq orqanları bir-biri ilə sıx əməkdaşlıq edirlər. Məqsəd isə orduda cinayət faktorlarını minimuma endirməkdir: "Müəyyən orqanlar var ki, onlar bu məsələrə nəzarət edirlər, korrupsiya və digər qanunazidd hərəkətlərin qarşısını almağa çalışırlar. Biz demirik ki, bu hallar sıfır səviyyəsindədir. Ancaq kimsə qanunu pozubsa cinayət məsuliyyətinə cəlb olunublar, cəzalarını alıblar. 

Xanlar Vəliyev düz deyir, əsas problemlərdən biri olan fərarilik halları indi demək olar ki, yoxdur. Biz nəticəsi yaxşı olmayan bu amildən çoxdan qurtarmışıq. Aprel döyüşlərində bir fərarilik faktı belə qeydə alınmayıb. Azərbaycan Ordusu bu gün fərarisiz ordudur. Silahlı Qüvvələrimizdə bu sistem çox yüksək səviyyədə qurulub. 

Bu gün digər ordularda, xüsusilə Ermənistanda "dedovşina” (mənfi liderlik), qeyri-nizamnamə davranışları geniş yayılıb və tez-tez baş verir. Ancaq bizim orduda belə hallar demək olar ki, minimum səviyyədədir. 

Azərbaycan Ordusunda bütün işlər yüksək səviyyədə qurulub, nizam-intizam gözlənilir, cinayətlərin üstü vaxtında açılır, belə halların olmaması üçün müəyyən profilaktik tədbirlər görülür. Ordumuz nizam-intizama tam riayət olunduğu və cinayətlərin sayının ən az olduğu ordular sırasındadır. Təbii ki, bu, təkcə Xanlar Vəliyevin aparatının işi deyil. Birincisi, Azərbaycan Ordusu artıq peşəkar ordudur. Bu gün şəxsi heyətin 70%-dən çoxu müqavilə əsasında müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçulardır. Bu o deməkdir ki, onlar həm də əsgərlik xidməti keçiblər, əsgərlərə və hərbçilərə aid olan bütün tələbləri bilirlər. Bununla yanaşı xidməti başa vurandan sonra yenidən orduya dönüb artıq peşəkar şəkildə hərbi sənətə yiyələnməklə həyatlarını hərbçi kimi davam etdirirlər. Əlbəttə ki, əsgər nizam-intizamsızdırsa onunla yenidən müqavilə bağlanmayacaq. Onlar artıq bilirlər ki, bundan sonrakı həyatları nə ilə bağlı olacaq, hansı çərçivədə xidmət edəcəklərini anlayırlar. Həmin nizam-intizamı qəbul etdiyi üçün intizamlı insanlar orduya qayıdırlar və artıq orduda müqavilə əsasında xidmət edirlər.
İkincisi, komandirlər mütəmadi olaraq şəxsi heyətə tərbiyəvi və humanitar dərslər keçirlər. Olan faktlara görə də şəxslər əlbəttə ki, qanun çərçivəsində, Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar”.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan Ordusu hər an döyüş əmri ala bilər və bu tapşırığı yerinə yetirməyə hazırdır. Onun fikrincə, ordu haqqında məlumatlar paylaşanda məsuliyyətli olmaq lazımdır: "Biz görürük ki, müəyyən qurumlar hansısa icra başçısının, dövlət məmurunun və sairin çirkin fəaliyyətini aşkarlayıb ictimaiyyətə təqdim edirlər. Düşünürəm ki, bu haqda məlumat verəndə də razılaşdırılır, icazə verilir, qanuniləşdirilir. Bu haqda prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı olur. Deməli, bu tərəfdən qanun pozuntusuna yol verilməyib. Nə oldu, bu qədər qurumlar deyilən fikirlərə biganə qaldı? Doğrudan da, orduda hansısa qanunazidd hərəkətlər olsaydı, bununla bağlı qərarlar da qəbul olunardı.

Bu gün Azərbaycan Ordusu haqqında hardasa nə isə eşidib soisal şəbəkələrdə yazanlar buna görə məsuliyyət daşıyırlar. Evdə oturub soisal mediada belə məlumatlar yaymaq çox vaxt sifarişli olur. Həmin insanların kimləsə qərəzliyi varsa, ilk növbədə düşünməlidirlər ki, etdikləri hərəkətlər dövlətə, orduya ziyan vurur.

Nəzərə almaq lazımdır ki, korrupsiya və digər hallar haqqında təsdiq edilməmiş belə məlumatları düşmən də oxuyur. Bununla da Azərbaycan Ordusunu müəyyən şəkildə mənfi yöndə şişirdirlər və öz təbliğat maşınlarında istifadə edirlər”.

Qeyd edək ki, Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular eyni zamanda hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar: "Bütün bunların nəticəsində Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmlənib və son dövrlər hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, fərarilik, həmçinin hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayətlərinin kökü isə demək olar ki, kəsilib". 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...