Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”

Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”
"Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları oraya asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar”.
 
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Bəhruz Həsənov deyib.

Onun sözlərinə görə, idman təbii sağlamlıqdır, amma sağlam bədəndə sağlam ruhun olacağı mütləq həqiqət deyil:
 
"Tatamidə uğur qazanan əksər idmançılar ya kriminal aləmin üzvünə çevrilir, ya da hansısa radikal dini cərəyanın ən yaxşı halda nüfuz agentinə. Bəlkə də gənclər sadəcə olaraq, özlərini axtarırlar və biz onlara istədikləri sosial-psixoloji mühiti təqdim edə bilmirik. Meyxana janrı isə özlüyündə bir sənət növüdür; xalq yaradıcılığıdır, niyə də olmasın? Bu janrı İran iltihabından xilas etmək lazımdır”.

Politoloqun sözlərinə görə, barmaqlarında əqiq daşlı qoşa üzüklərin bərq vurduğu meyxana ustaları öz auditoriyalarını tədricən "haqq yolu"na çəkirlər:

"Nəzarətsiz qalsa, bir müddət sonra meyxananın dili fars dilinə doğru əyiləcək. Gəlin analiz edək. Kimin auditoriyası daha genişdir, dövlət televiziyasında yayımlanan ciddi analtik bir verilişin ya "ağam, ağam..." qafiyəsi üzərində deyişən iki meyxanaçının?
Nəzərə alsaq ki, 10 milyonluq ölkəmizin ən az 5 milyonu meyxana həvəskarı, guya ki, "söz xridarı"dır, o zaman təhlükənin miqyasını daha dərindən anlamaq mümkündür.

Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır. Söhbət irqçilikdən getmir. Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı Moskva və İrəvanın razılığını aldı - Rus ekspert

Azərbaycan Qarabağ mövzusunu keçmişdə qoydu, bu mövzunu danışıqlar masasından çıxardı, sərhədlərin delimitasiyasına başlanılması barədə Ermənistan və Rusiyanın ...

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub. Sfera.az xəbər verir ki, bunu M....

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Vətən müharibəsindən sonra Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev b...

3 ölkənin baş nazirlərinin müavinləri gələn həftə Moskvada toplanacaq - PUTİN

Gələn həftə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada toplanacaq.   Sfera.az xəbər verir ki, bu fikirləri Rusiya...

Zakir Həsənovdan komandolara TAPŞIRIQ: "Yeni döyüş tapşırıqlarına hazır olun!"

"Hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan "Komando hazırlığı” kurslarının xüsus...

“Qərar Brüsseldə deyil, Soçidə veriləcək” - Silayev

"Brüsseldəki görüş zamanı Soçi görüşündə gözlənildiyi kimi heç bir qərar qəbul edilməyəcək”. Sfera.az xəbər verir ki, bunu news.am-a müsahibəsində MDBMİ-n...