Polislərə güc tətbiq edən şəxs barədə yeni məlumat

Polislərə güc tətbiq edən şəxs barədə yeni məlumat
Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Sfera.az xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, Sabirabad şəhəri H.Əliyev prospektində VAZ 2106 markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir etmiş, onlara hücum edərək geyim formasını çıxartmış, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qeyd edilənlərlə bağlı Azər Həsənov Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək

"Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.   Sfera.az xə...

Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika AÇIQLANDI

"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinay...

Vilayət Eyvazov bu bölmənin rəis müavinini İŞDƏN ÇIXARDI

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsinin rəis müavini, polis mayoru Anar Hüseynov işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bununla bağ...

Nazir Tofiq Yaqublunun döyüldüyü iddia edilən bölməyə rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyazov əmr imzalayıb. ...

Mir Möhsün Nəvvabın Cıdır düzündəki məzarı bərpa olunub

Azərbaycanın məşhur şairi və naşiri Mir Möhsün Nəvvabın Şuşanın Cıdır düzündə yerləşən və işğal dövründə ermənilər tərəfindən dağıdılan məzar daşı bərpa olunub....

Sabah hava necə olacaq?

Dekabrın 7-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəy...