Polis bizdən imtina etsinmi?

Polis bizdən imtina etsinmi?

İki gündür baş verənləri izləyib, səssiz qala bilmərəm.


Bir anlıq düşünün ki, ailə üzvünüz ağır xəstədir. Təcili yardım çağırmısınız. Məhəllədə bir cavan oğlan da təcili yardıma yol vermək əvəzinə siqaret çəkir və təcili yardıma mane olur. Bu anda təcili yardımdakı həkimlər maşından düşüb o cavanı yoldan çəkmək istəyir. Bu anda qonşunuzun biri qışqırır ki, gəlin əlimizdəki zibilləri həkimlərin başına ataq və atırlar. Həkimlərin və Sizin başınız qarışır bu hay-küyə və təcili yardımdakı xəstəniz ölür. Bundan sonra şəxsən Sizin və qohumlarınızın təcili yardıma yol verməyən cavan oğlana və həkimlərin başına zibil atan qonşularınıza cavabınız nə olacaq? Xəstənizi öldürən qonşularınızı qınayacaqsınız, yoxsa əzizinizi müdafiə edən həkimləri? Bəlkə siqaret çəkən cavan oğlana haqq qazandıracaqsınız?

 

Keçirəm mətləbə.


Polislər robot deyil. Onlar da şuuru və ürəyi olan bizim kimi insanlardır. Bu günlərdə polisin çiyninə ağır yük düşüb. Həm polis, həm də həkim olmağa məcbur qalıblar. Polisin də ailəsi, uşağı yaşlı ata-anası var. Polisin də qohumları arasında bu virusu tutanlar, hətta bundan ölənlər var. Amma polis bu günlərdə bizi tək cinayətkardan yox, həm də özümüzdən qorumağa çalışır. Çünki bu dəfə elə bir bəlaya düşmüşük ki, özümüz özümüzə elədiyini cinayətkar edə bilmir. Rəsmən laqeydlik və lağlağa ilə bir-birimizə virusu keçirdir və öldürürük. Qatil olmağımızdan utanmaq yerinə, vicdan əzabı çəkmək əvəzinə bizi qorumağa çalışanları qınayırıq!


Əminəm ki, başı onsuz da qarışıq olan polisin bizə bu qarışıqlıqda həkimlik, müəllimlik hətta dayəlik etmək üçün ürəyi getmir. Sadəcə polisin dövlətçilik tərbiyəsi bizdən daha yüksək olduğu üçün bəzən bizi qorumaq üçün heç bizim özümüzün fikrimizi də soruşmamalı olur!

Sizcə polis bizdən imtina etsə, bizi qorumasa daha yaxşı olardımı?

 

Əgər qorunmaq istəyiriksə biz də qorumalıyıq!

Ən azından polisimizə dəstək olan sözümüzlə!

 

Ozal MƏMMƏDOV

Sfera.az saytının baş redaktoru

 


OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...