Polisə tabe olmaq istəməyən sürücüdən təhlükəli manevrlər - VİDEO

Polisə tabe olmaq istəməyən sürücüdən təhlükəli manevrlər - VİDEO
Bakıda Hollivud filmini xatırladan yol hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə yol polisinin qayda pozduğu üçün bir avtomobil sürücüsünə dur əmrini verdiyi zaman yaşanıb.

Belə ki, sürücü polisin əmrinə tabe olmaq və avtomobildən düşmək istəməyib.

Polisin bütün cəhdlərinə baxmayaraq, sürücü yolda tıxac zamanı təhlükəli manevrlər edərək, bir neçə avtomobili zədələyib. Sonda polis avtomobilin pəncərəsini sındırmaqla itaətsiz sürücünü saxlayıb.

Qeyd edək ki, hadisə şahidlərinin bildirdiyinə görə, insident zamanı avtomobildə azyaşlı da olub.

Sözügedən videogörüntünü təqdim edirik:
 
(Bizim.media)

OXŞAR XƏBƏRLƏR