“Polisə etibarın zəif olduğunu bilirəm, amma...” - Narkobizneslə necə mübarizə aparmalı?

“Polisə etibarın zəif olduğunu bilirəm, amma...”  - Narkobizneslə necə mübarizə aparmalı?
"Son ilyarımdır, Azərbaycanda uyuşdurucu vasitələr, xüsusilə də metamfetamin törəmələrinin istifadəsi dəfələrlə artıb. Biz öz dəstəmizlə Sumqayıtı monitorinq edirik və ən azından orada dəfələrlə artdığını əminliklə deyə bilərəm”.

Sfera.az bildirir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib  ki, uyuşdurucu maddələr barədə təcili tədbir görmək zamanıdır:

"Bunu qısa və uzunmüddətli tədbirlər olaraq ikiyə bölmək olar. Uzunmüddətli tədbirlər böyük vəsait və ən əsası vaxt tələb edir. Vəziyyət isə cəld tərpənməyi tələb edir. Narkobaronlara əl çatdıracağımıza indilik inanmıram. Bir sistem işçisi ilə söhbətim zamanı mənə hər kəsin Daxili İşlər Nazirliyinin səhifəsində anonim olaraq bildikləri narkotik satıcılarını şikayət etməsini təklif etdi. Polisə etibarın zəif olduğunu bilirəm, camaat da yalandan kimi desən çuğullaya bilər. Amma indilik ən yaxşı çıxış yolu kimi bu görünür”.

Mütəxəssis qeyd edib ki, pandemiyada camaat ciddi maddi itkiyə məruz qaldı və əvvəl bu işə baş qoymayanlar da narkotik satıcılarına çevrildi, minlərlə uşağı buna bulaşdırdı: "Polisin problem bu miqyasa çıxdığı zamanda haqsız həbs etmək niyyəti güdəcəyinə inanmıram. Bu işin zarafatı yoxdur”.

V.İsmayıl eyni zamanda hər kəsi tanıdığı, şübhələndiyi narkotik satıcısını anonim olaraq DİN hesabına şikayət etməyə səsləyib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...