No Image
No Image

Polisdən icazəsi olmayan şəxslərlə bağlı - XƏBƏRDARLIQ

Polisdən icazəsi olmayan şəxslərlə bağlı - XƏBƏRDARLIQ
Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il yanvarın 18-i saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində "SMS” icazə sistemindən və "icaze.e-gov.az” portalından istifadə ləğv edilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 18-i saat 00:00-dan yanvarın 25-i saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar qeyd olunan inzibati ərazi vahidləri arasında və onların hüdudlarından kənara hərəkət etməsi üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

Bütün hərəkət iştirakçılarının nəzərinə çatdırırıq ki, qeyd olunan şəhər və rayonların (kənd və qəsəbələr istisna olmaqla), həmçinin paytaxtın giriş-çıxışlarında qurulan karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər yanvarın 25-dək davam etdiriləcək və müvafiq icazəsi olmayan şəxslər həmin postlardan buraxılmayacaq.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli qalmaqallı "Baku Steel Company” işi ilə bağlı ifadə verib. Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə...

Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvaf...

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb. Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən  bildirilib ki, Azərbaycanda Ramaza...

Hansı ölkədən hansı silahları ala bilərik? – Ekspert növbəti müharibə hazırlığını vacib sayır

"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə formalaşıb və bu gün də inkişaf tempi üzrə davam edir. Hərbi tədrisdən başlamış Sila...

Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? - Yayılan xəbərlərə Təhsil Nazirliyindən REAKSİYA

Təhsil Nazirliyi məktəblərin bağlanma xəbərinə reaksiya verib.   Sfera.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət...

Bakıda karantin qaydalarının pozulduğu xəstəxanadan AÇIQLAMA/FOTO

Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.   Söhbət M.Ə.Mirqasımov adı...