Polis Nardaranda əməliyyat keçirir: Saxlanılanlar var

Polis Nardaranda əməliyyat keçirir: Saxlanılanlar var

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. 

Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.

Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.

Nardaran sakini Məşədi Natiq Kərimov isə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir. 

Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Xatırladaq ki, Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.

Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.


OXŞAR XƏBƏRLƏR

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...