Polis bir neçə şəhər və rayonda “patı” əməliyyatı keçirdi - VİDEO

Polis bir neçə şəhər və rayonda “patı” əməliyyatı keçirdi - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Lənkəran şəhərində həyata keçirilən əməliyyatlar zamanı həmin bölgədə narkotik vasitə və psixotrop maddələrin, yəni "patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş şəxslər – Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıblar.

Onların üzərinə və Lənkəran şəhərində yerləşən evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində Lənkəran şəhəri və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Paytaxtın Nəsimi rayonunda həyata keçirilən əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də, narkotik tərkibli həblərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 27 qramdan artıq yüksək təsiredici xassəyə malik nakotik vasitə kokain, psixotrop maddə metamfetamin, eləcə də, 476 ədəd satışı qadağan olunan ekstazi və metadon həbləri aşkar edilib.

Əməliyyat zamanı, həmçinin, Fətəli Həsənlinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 ədəd plastik kart da polislər tərəfindən aşkar olunaraq götürülüb.

Nəsimi rayonunda keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev də saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkar olunaraq götürülüb.

Xətai rayonundakı əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Sabir Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən, kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin, 28 ədəd ekstaz həbi və narkotik vasitələrin onlayn satışında nağdsız ödənişlər zamanı istifadə etdiyi plastik kart aşkar edilib.  Nicat Rzayev üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Nərimanov və Nizami rayonlarında həyata keçirilən növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar.

Anar Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Tahir Şirinovdan isə çəkisi 540 qram olan eyni adlı nakotik vasitə və psixotrop maddələr, həmçinin, elektron tərəzi akar edilərək istintaqa təqdim olunub.

Yasamal və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirilən əməliyyatlar zamanı isə Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar.  Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də, metamfetamin aşkar olunub.

Sabunçu rayonu ərazisindəki əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz  kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı çəkisi 11 kiloqram olan 54 ədəd çətənə kolu və 4 kiloqram qururulmuş marixuana aşkar edilib. Eduard Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 6 kiloqrama yaxın  narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və 11 kiloqram kultivasiya edilən çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...