Polis 120 nəfərin yığışdığı toy məclisini dayandırdı: 40 nəfər cərimələndi - FOTO

Polis 120 nəfərin yığışdığı toy məclisini dayandırdı: 40 nəfər cərimələndi - FOTO
Şəmkir rayonunda toy edən şəxslər məsuliyyətə cəlb olunub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən "Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər üç əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...