Polad Bülbüloğlu atasının Şuşadakı evində - FOTOLAR
13:31 / 23.01.2021
3152
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib.
Sfera.az bildirir ki, "Qafqazinfo"nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfirimiz atası, SSRİ xalq artisti, dahi musiqiçi Bülbülün evini, Fərhad Bədəlbəyli isə babası Şəmsi Bədəlbəylinin yurdunu ziyarət edib.
Rusiya sülhməramlılarının komandiri, general Rüstəm Muradov da Bülbülün evinə gələrək Polad Bülbüloğlu ilə görüşüb.