Planeti yoluxduran Çin yenidən yarasa yeməyə başladı – FOTOLAR

Planeti yoluxduran Çin yenidən yarasa yeməyə başladı – FOTOLAR

"The Mail on Sunday” qəzeti yazır ki, Pekin koronovirus üzərində qələbə çaldığını açıqladığı bir vaxtda Çin bazarlarında hələ də yarasa satır, dovşan kəsirlər.Bu bazarlarda it, pişik, digər ev heyvanları, eləcə də vəhşi heyvanları asanlıqla almaq olar.

"Hürkmüş itlər, pişiklər paslı qəfəslərə doldurulub. Yarasalar, əqrəblər tibbi təbabətdə istifadə adıyla satılır. Dovşan və ördəklərin başları kəsilir, dəriləri qan, palçıq, heyvan qalıqları ilə örtülüdaş döşəmələrə sərilir”, – məqalədə deyilir.

Minlərlə alıcı Çinin cənub-qərbində yerləşən Guilin qapalı bazarına axışır. Ölkənin cənubunda yerləşən Donqquanda isə ət bazarında bir satıcı yarasa, əqrəb və digər heyvanların ticarətini bərpa edib. Vuhanda epidemiyanın yayılmasına məhz yarasanın səbəb olduğu bildirilir.

Çin artıq ölkə boyunca karantini qaldırıb, adamlar normal həyata qayıdırlar. Çindəki müxbirlərdən biri "The Mail on Sunday” qəzeti üçün fotolar çəkib. Onun sözlərinə görə, "burada hər kəs epidemiyanın bitdiyinə, artıq narahatlığa əsas olmadığına inanır. İndi bunu xarici problem hesab edirlər”.

Donqquana baş çəkmiş müxbir bazarların koronovirusdan əvvəl olduğu kimi işini bərpa etdiyini söyləyib. "İndi yeganə fərq odur ki, təhlükəsizlik əməkdaşları heç kəsə şəkil çəkməyə icazə vermirlər, əvvəl belə bir şey yox idi”, – jurnalist bildirib.

Qəzet yazır ki, Pekin hökuməti belə bir konspirasiya ortaya atıb ki, guya pandemiya heç Çindən başlamayıb. Çinin "Weibo” sosial media platformasında yayılan iddialara görə, koronovirus ilk dəfə noyabrda İtaliyada aşkarlanıb.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...