Piyadanı vuran AA seriyalı maşın kimin oğlunundur? (FOTO)

Piyadanı vuran AA seriyalı maşın kimin oğlunundur? (FOTO)
 Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, "AA 707” seriyası Qaraşovlar ailəsinə məxsusdur.

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl "Kapital Bank”ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.

Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar var, o cümlədən "Bentley” "Rolls-Royce” və digər markalar yer tutur.


OXŞAR XƏBƏRLƏR

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti...