Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
16:08 / 12.01.2022
1283
Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun "Baksol" yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.