Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir

Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir
 

Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir.

Bunu  amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı irimiqyaslı hərbi əməliyyatları beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir:

"Ermənistanın bu cür əməlləri fonunda beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri və ATƏT Minsk qrupunun həmsədrləri susqunluğunu saxlayır, bu isə daha çox çaşqınlıq yaradır”.

 Ekspert qeyd edib ki, Ermənistanın törətdiyi ciddi hərbi təxribatlar, o cümlədən irikalibrli silahlardan və minaatanlardan istifadə dərhal ABŞ Dövlət Departamenti tərəfindən pislənməli, dövlət katibi Mayk Pompeo isə yaxın günlərdə Bakıya rəsmi səfər planlaşdırmalıdır:

"Günahsız Azərbaycan vətəndaşlarının öldürülməsi həm də ATƏT-in hazırkı sədri və Albaniyanın baş naziri Edi Rama tərəfindən də mühakimə olunmalıdır. Faktiki olaraq dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir. Erməni liderlər bəşəriyyətə qarşı cinayətlərə, Azərbaycanın suveren ərazisində ekoloji ehtiyatların məhv edilməsinə görə məhkəmə qarşısına çıxmalıdır. Ermənistan çoxsaylı mədəni və dini abidələrin məhv edilməsinə görə məsuliyyət daşıyır. Edi Rama təşəbbüs göstərməli və Ermənistanın Azərbaycanın suveren ərazilərində mülki obyektlərə hücumunu qətiyyətlə pisləməlidir. Edi Rama Ermənistanın son otuz ildə diqqətə almadığı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməsini təmin etməlidir”.

(trend)


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...