Pitbull liseyin həyətinə daxil olub 5 şagirdə xəsarət yetirdi - VİDEO

Pitbull liseyin həyətinə daxil olub 5 şagirdə xəsarət yetirdi - VİDEO
Türkiyədə pitbull cinsindən olan it şagirdlərə hücum edib.

Sfera.az bildirir ki, hadisə Kocaelinin Darıca bölgəsində baş verib. Belə ki, sahibsiz pitbull Aslan Sement Texniki və Sənaye peşə liseyinin həyətinə daxil olub, şagirdlər panikaya düşüblər. Qorxu içində qaçan uşaqları təqib edən pitbull onlardan 5-nə xəsarət yetirib. 

Bununla bağlı təcili yardıma və Darıca Bələdiyyəsinə məlumat verilib, hadisə yerinə dərhal sağlamlıq və polis qrupları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. 

Dəhşətli olaya səbəb olan it isə sığınacağa aparılıb.
 
Digər tərəfdən pitbullun bir qızı qovub dişlədiyi, uşaqların qaçdığı anlar lentə alınıb. Görüntülərdə əlində çubuq olan müəllimlərdən birinin azyaşlıları qorumaq əvəzinə, iti müşahidə edən bəzi şagirdləri vurmağa çalışması diqqət çəkib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...