Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO

Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO
 

Noyabrın 30-da dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub.

Sfera.az xəbər verir ki,  hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş verib.

Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan elektrik qatarının səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün elektrik qatarının maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib.
Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, bu barədə məlumat verilməsi məsləhət deyil.

Qurum rəsmisi vurğuladı ki, ümumiyyətlə əgər bu xəbər verilərsə, bir daha "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat ala bilməyəcəyik.


(baku.ws)

OXŞAR XƏBƏRLƏR

DİN və Baş Prokurorluq Milli Məclisdəki təxribatla bağlı məlumat yayıb - Saxlanılanlar var

  Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ötən gün Bakıda Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı məlumat yayıb. Sfera.az-a daxil olan bi...

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

  Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Sfera,az xəbər verir ki, kardioloq Ruhiyyə Kərimova dünyasını dəyişib. Bu barədə Azərbaycan...

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağ...

Prokurorluq 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

  İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi "Vaz 2107” markalı a...

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

  Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib. Sfera.az xəbər verir ki, iyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnoz...

Bakıda gənc qız küçədə oğlanı vəhşicəsinə döydü — VİDEO

Bakının mərkəzində gənc qızla oğlan arasında əlbəyaxa dava baş verib.   Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, hadisə paytaxtın mərkəzi k...