Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı

Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun axtarışları başa çatıb. X.Xankişiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR