\"Pink Floyd\"un solisti 5-ci dəfə evləndi - 78 yaşlı ulduzun toyundan FOTOLAR

\
Məşhur Pink Floyd rok qrupunun müğənnisi və bas gitaristi Corc Rocer Vaters evlənib.
 
Sfera.az bildirir ki, 5-ci dəfə nikah masasına oturan 78 yaşlı sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O, bir müddətdir münasibətdə olduğu
Kamilah Kavislə ailə həyatı qurduğunu açıqlayıb.
 
Corcun toy məclisini 2010-cu ildə 16,2 milyon dollara aldığı Nyu-Yorkdakı villasında  keçirdiyi bəlli olub. 
 
Qeyd edək ki, cütlük ilk dəfə 2019-cu ildə keçirilən Venesiya Film Festivalında birlikdə görüntülənmişdi. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR