PFL qara görə oyunları təxirə saldı

PFL qara görə oyunları təxirə saldı
Ölkə ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar Peşəkar Futbol Liqası (PFL) yeni qərar qəbul edib.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan Birinci Divizionunun bu gün keçirilməli olan 14-cü turun "Sabah -2” – "Keşlə-2”, "Neftçi-2” – "Sumqayıt-2” və MOİK – "Kəpəz” oyunları təxirə salınıb.

Görüşlərin vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.

Əvəzində "Turan Tovuz” – "Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən tur Tovuzda "Sumqayıt-2" ilə görüş güclü qar üzündən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Ertəsi gün də davam etdirmək mümkün olmadığından, matç "Kəpəz" - "Qaradağ Lökbatan" qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, 14-cü tura fevralın 23-də "Zaqatala" - "Qarabağ-2" görüşü ilə start verilib. Meydan sahibləri bu oyundan 1:0 hesabıyla qalib ayrılıblar.

OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...