“Pfizer” yeni vaksin hazırlığına başladı

“Pfizer” yeni vaksin hazırlığına başladı
Amerikanın "Pfizer” şirkəti koronavirusun "omicron” ştamının yaranması fonunda yeni peyvənd hazırlamağa başlayıb və yeni vaksin 100 gündən az müddətdə hazır ola bilər. 

Sfera.az xəbər verir ki, bunu şirkətin rəhbəri Albert Burla bəyan edib. 

Onun sözlərinə görə, mövcud vaksinlərin yeni ştama qarşı daha az təsirli ola biləcəyi ehtimalı var. Nəticədə yeni vaksinlər tələb edilir: 

"Biz artıq cümə günündən işə başlamışıq. Cümə günü biz yeni peyvəndin hazırlanması prosesinin ilk hissəsi olan DNT matrisini hazırladıq. Peyvəndi 100 gündən az müddətdə əldə edə bilərik”.

Qeyd edək ki, koronavirusun Cənubi Afrikada tapılan B.1.1.529 ştamı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "omicron” adlandırılıb. Daha çox sürətli yayılma tempi olan "omicron”dan hələ ki ölüm halı qeydə alınmayıb. 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...