Pfizer peyvəndi vurduran gənclərin ürəyində problem aşkarlanıb - ABŞ alimləri

Pfizer peyvəndi vurduran gənclərin ürəyində problem aşkarlanıb - ABŞ alimləri
ABŞ-da Covid 19 peyvəndi etdirən 30 yaşdan aşağı gənclərdə ürək əzələsi iltihablanmasına rastlanıb.

Sfera.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin araşdırmasına görə, xüsusən ikinci doza Pfizer və Moderna peyvəndi etdirən 30 yaş və daha gənc insanlarda görülən ürək iltihabı ilə peyvənd arasında əlaqə olduğu aşkar edilib.

Pfizer və ya Moderna peyvəndi etdirən 30 yaşdan aşağı 200-dən çox şəxsdə ürək əzələsi miokard və ürək bağı iltihablanması görülüb.

Araşdırmaya rəhbərlik edən dr. Grace Lee bu insanlarda ürək iltihablanmasının peyvəndlə bağlı müşahidə müddətində, xüsusən ikinci dozadan sonrakı 2 həftə ərzində özünü büruzə verdiyini deyib. Gənclər döş qəfəsi, ürək nahiyəsində ağrı və yanğıdan şikayətləniblər.
 
Bu insanların heç birinin öncədən ürək xəstəliyi ilə bağlı heç bir tibbi qeydi olmayıb.
 
Doktor gənc və yeniyetmələrdə peyvəndə görə potensial risklərin nə qədər davam edəcəyi və ürəyin yenidən sağalıb normal hala dönüb-dönməyəcəyini bilmək üçün araşdırmaları davam etdirəcəyini deyib.
 
(Medicina.az)

OXŞAR XƏBƏRLƏR