“Pfizer/BioNTech” şirkəti \"Omicron\" ştamı əleyhinə peyvənd hazırlayır
11:29 / 11.01.2022
982
"Omikron” ştamı əleyhinə vaksin hazırlanır.
Sfera.az bildirir ki, bu barədə "Pfizer/BioNTech” şirkəti məlumat yayıb. Artıq peyvəndin istehsalına başlanıldığı qeyd olunub:
"Mart ayında ABŞ-lı səlahiyyətlilərlə vaksinin təsdiqlənməsi üçün görüş təşkil ediləcək və bazara təqdim olunacaq”. Qurum, həmçinin əlavə edib ki, "Omikron” variantına qarşı hazırlanmış yeni formul orijinal formulla birlikdə istifadə ediləcək.
"Pfizer”in prezidenti və baş icraçı direktoru Albert Bourla isə yeni varianta qarşı peyvəndin iki dozasının kifayət etmədiyini söyləyib. O, həmçinin qeyd edib ki, üç doza ölüm riskini azaldır və xəstəxanaya yerləşdirilmə mərhələsinə qədər yoluxan şəxsi müdafiə edə bilir.
Qeyd edək ki, ötən gün "Moderna”nın direktoru Stefan Bansel də "Omicron” variantı əleyhinə vaksinin hazırlandığını açıqlamışdı.
Günay Rəsulqızı
Sfera.az