No Image
No Image

Peyvəndlərin ədalətsiz paylanması bizi dərindən narahat edir - PREZİDENT

Peyvəndlərin ədalətsiz paylanması bizi dərindən narahat edir - PREZİDENT
"Builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək".

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.

"Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq", - dövlət başçısı bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lukaşenko İlham Əliyevin oğlundan danışdı: “Bildiyimə görə, Sizin oğlunuz...”

"Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik”. Sfera.az xəbər verir k...

Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi - FOTO

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göst...

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

"Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağı...

Prezident: “Zəngəzur dəhlizi reallığa çevrilir”

"Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yan...

İlham Əliyev və Lukaşenkonun - Mətbuata bəyanatları

Aprelin 14-də sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. ...

“Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir” - XİN rəsmisi

"Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə...