\"Peyvəndi virusu keçirmiş birinə sərf etmək enerji, pul və vaxt itkisidir\" - Deputat

\
"Koronavirusu öncə keçirmiş, antikor olan insanlardan peyvəndi təsdiq edən sənəd – COVİD pasportu tələb edilməlidirmi?  Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib. O, digər ölkələrin təcrübəsindən də söz açıb və  Böyük Britaniyanın izdihamlı yerlərin girişində COVİD pasport yoxlamalarından imtina etdiyini vurğulayıb:

"Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub. Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, koronavirusa yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar. Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Amma indiki mərhələdə bir sual yaranır - COVID pasportun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?! Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür.  Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların sayı çoxdur”.

Deputat qeyd edib ki, COVID pasportu olanlar belə digərlərini yoluxdura bilər və ona görə bu məhdudiyyətin ‘kollektiv fayda’ məntiqi mövcud deyil:
"Çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə, digərlərini yoluxdurur. Peyvənd olunmuş insanlar da xəstələnirlər, bu o deməkdir ki, restorana gələn hər kəsin əlində COVİD pasportun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir.

Zənnimcə, indi daha önəmli sual budur – COVİD-19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?  Bu suallar, ölkədə neçə adamın COVİD pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVİD pasportunun tətbiqinin məqsədəuyğunluğu isə, məndə hələ də sual doğurur”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...