Peyvənddən sonra qızdırma olarsa...

Peyvənddən sonra qızdırma olarsa...
"Azərbaycanda hər ay peyvənd edilməsi nəzərdə tutilan uşaqların 98-99 faizi peyvəndlə əhatə olunur. Uşaq əgər yaşına uyğun plana düşürsə, deməli, onlar lazım olan bütün peyvəndlərlə təmin olunur".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, son illər ölkəyə təhlükəsiz vaksinlər gətirilir: "Keçən ildən başlayaraq Azərbaycana UNİCEF-in xətti ilə vaksin preparatları gətirilir. Vaksinlərin əksəriyyəti bir dozalıq flakonlarla gəlir. Bu da bir dəfə istifadə üçün nəzərdə tutulub. Eyni zamanda, iki dozalı vaksinlər də var. Lakin ən çox bir dozalı vaksinlərə üstünlük verilir".

Son illər Azərbaycanda Avropa istehsallı vaksinlərdən istifadə edildiyini xatırladan Mərkəzin direktoru əlavə edib ki, pnevmokok, poliomielit əleyhinə oral vaksinlər məhz bu siyahıya daxildir: "Bir-iki vaksin də var ki, onlar da Hindistandan gətirilir. Təbii ki, həmin preparatlar da yüksək keyfiyyətli vaksinlərdir. Onu da qeyd edim ki, hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvənd işləri aparılır. İmmunlaşdırma doğum evindən başlayır, yəni uşaq doğulduqdan sonra 12 saat ərzində ilk hepatit peyvəndini alır. Doğumun 4-cü və 7-ci günü ərəfəsində körpə poliomielit və vərəm əleyhinə peyvənd alır. Doğum evindən çıxdıqdan sonra isə ərazi uşaq poliklinikasında körpə qeydiyyata düşür və orada 2 aylığından başlayaraq digər peyvənd təqviminə uyğun peyvəndləri qəbul edir".

A.Əliyeva bildirib ki, hazırda ölkədə peyvəndlərin aparılması yüksək səviyyədə təmin edilir: "Təqvimə uyğun olaraq, 1 yaşa qədər uşaqların, eyni zamanda 1 yaşdan 2 yaşa qədər olanların revaksinasiya tədbirləri, eləcə də 6 yaşda olan uşaqların revaksinasiya peyvəndləri yüksək səviyyədə həyata keçirilir. Hətta ilin sonunda ölkəyə gətirilməsi planlaşdırılan inaktivləşdirilmiş poliomielit peyvəndlərinin gələn ilin ilk aylarında tətbiqi nəzərdə tutulur".

O, həmçinin qeyd edib ki, hər ərazinin və rayonun öz peyvənd məntəqəsi olduğundan, valideynlərin övladlarını başqa yerə aparmaları məsləhət görülmür, çünki buna ehtiyac yoxdur.

Bəzən uşaqlara vurulan peyvəndlərin yerlərində qızarma və ya infeksiya düşməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirən nazirlik rəsmisi deyib ki, bu məsələdə infeksiya fikri yanlış yanaşmadır: "Peyvənd elə bir şeydir ki, həmin nahiyədə peyvəndə qarşı yanaşı tərkid prosesi baş verə bilər. Bu da normaldır. Çünki orqanizmdə daxil olan antigenə qarşı anticisimlər əmələ gəlir. Yəni, immunitet yaranır. Peyvəndlərdən sonra ola bilər ki, uşaqda temperatur yüksəlsin. Günün sonuna qədər bir neçə saat ərzində uşağa hərarət salıcı preparat verirlər və hərarət düşür. Ya da ola bilsin ki, peyvəndin yerində az da olsa qızartı olsun. Bu da normaldır. Heç bir tibbi müdaxilə və müalicə olmadan bu hal keçə bilir. Hətta peyvənd otağında tibb bacıları valideynləri məlumatlandırırlar ki, peyvənddən sonra belə hal olduqda nə edilməlidir. Əgər temperatur uzun çəkərsə, hökmən həkimə müraciət edilməlidir. Ciddi hal olduqda isə sonrakı peyvəndlər daha yüngülü ilə əvəz olunur. Yəni buna nəzarət aparılır. Xüsusi olaraq qeyd edim ki, bu il Azərbaycanda uşaqlar arasında peyvəndlə əlaqədar ölüm faktı qeydə alınmayıb. Onu da xatırladım ki, peyvəndlər vasitəsilə bir çox yoluxucu xəstəliklərin qarşısını ala bilmişik. Misal olaraq, bizdə poliomielit, göy öskürək, qızılca, məxmərək kimi xəstəliklər yoxdur".

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...