Peyvənddən ölənlərə pul veriləcək? – TƏBİB adından yayılan məlumatı təkzib etmədi
11:07 / 15.01.2021
4574
Sosial şəbəkələrdə TƏBİB-in adından paylaşılan bir məlumat cəmiyyətdə böyük ajiotaj yaradıb.
Belə ki, məlumatda koronavirusa qarşı tətbiq edilən peyvənddən sonra şəxsin əmək qabiliyyətini itirəcəyi təqdirdə maaşının 100 faizi qədər müvainət veriləcəyi qeyd edilib. Bundan başqa vaksinasiya edilən şəxs ölərsə bu məbləğ onun ailəsinə veriləcək deyə, bildirilib.
Sfera.az yayılmış informasiyanın dəqiqliyini öyrənmək məqsədilə TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan yayılan məlumatlarla bağlı hər hansı reaksiya almaq mümkün olmayıb:
Sfera.az
Əzizə Zeynal