"Peyvənd yeni növ virusdan tam qorumur, uşaqlar isə..."- Tanınmış alimdən açıqlama

Böyük Britaniyada yaranan "SARS-CoV-2” adlandırılan yeni növ koronavirus mutasiyası Türkiyədə də qeydə alınıb.


Artıq sərhədlərimizə qədər gəlib çatan virusun yeni növünün nə dərəcədə təhlükəli olması insanlarda narahatlıq yaradır.


Məsələ ilə bağlı Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov yeni növ mutasiyaların bəzilərinin ümumiyyətlə təhlükəsiz ola biləcəyini bildirib:


"Virusun mutasiyaya uğraması onun spirt virusu kimi təhlükəli olması ilə nəticələnir. Spirt virusunun da xarakteristikası belədir ki, insanın immun sistemi aşağı düşür və bu da ölümlə nəticələnir. Virusun mutasiyaya uğramış forması çox sürətlə yayılır. Bu insanlara ya çox güclü ya da zəif təsir edə bilər. Bu isə bədəndə olan "Angen Konverting Enzim 2"-dən aslıdır. Bu enzim bədəndə bir çox prosesləri tənzim edir. Bu bir reseptordur və enzim vasitəsilə virus bizim bədənə girir.


Lakin bunu da vurğulamalıyam ki, mutasiyanın elə növü yarana bilər ki, həmin virusu bədənimiz tanımaz və beləliklə koronavirus yox olub gedər.

 

Yeni növ virusun koronavirusa nisbətdə yayılma sürəti 60-70 faiz daha çoxdur. Hələ ki, bu virusun uşaqlara necə təsir edəcəyini demək çətindir. Bu haqqda 10-15 gün sonra nəsə demək olar".

 

T.Məmmədov təqdim olunan vaksinlərin yeni növ virusa qarşı daha az dözümlü olduğunu qeyd edib:


"Hazırda 12 mindən çox mutasiya olmuş virus var. Virusun mutasiyaya uğramış növünə qarşı təqdim olunan peyvəndlərin təsiri 100 faizdən 60-70 faiz və s. ola bilər. Bu baxımdan protein təməlli peyvəndlər hazırlanmalıdır və mən bu barədə təklif vermişəm. Sadəcə maddi dəstək lazımdır ki, layihə reallaşsın. İndi Çinin təqdim etdiyi peyvənd mutasiyalara qarşı həssasdır və zəif immuna malik insanda virus yenidən aktivləşə bilir. ABŞ-ın təqdim etdiyi vaksinin də indidən uğurlu olacağını deyə bilmərik".

 

Sfera.az

Əzizə Zeynal

 

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...