Peyvənd vurdurmayan müğənni toy apara bilməz! - DİN açıqladı

Peyvənd vurdurmayan müğənni toy apara bilməz! - DİN açıqladı
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır.
 
Bəs görəsən, Covid-19 pasportu olmayan müğənni toy apara bilər?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, peyvənd etdirməyən müğənni toy apara bilməz:

"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərin nəticələri göstərir ki, qayda pozuntusu müşahidə olmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi müşahidə edilməyib. Neqativ hal aşkarlanmayıb. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksindən keçib. Amma Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.

İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərə qədər şəxsin olduğu toy keçirilən məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyatı qurumlar birgə nəzarət tədbirləri həyata keçirir".

OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...