Peyvənd olunanlara 100 manat veriləcək? - “Müxtəlif bəhanələr uydururlar”

Peyvənd olunanlara 100 manat veriləcək? - “Müxtəlif bəhanələr uydururlar”
Bir sıra ölkələr əhalini vaksinasiya prosesinə cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atır. Məsələn, ABŞ-ın Qərbi Virciniya ştatında 16-35 yaş aralığında olanları vaksinasiyaya həvəsləndirmək üçün onlara 100 dollar veriləcəyi bildirilir.
 
Bu günə qədər Azərbaycanda əhalinin əhalinin yalnız 14 faizi peyvənd olunub.  Bu mənada, ölkəmizdə də vətəndaşları vaksinasiyaya motivasiya etmək məqsədilə hansısa həvəsləndirici addımlar atmaq olarmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə bu kimi tədbirlərə ehtiyac duymadığını deyir:
 
"Sağlamlığın qədrini bilən insan vaksinasiya olunmalıdır ki,  koronavirusa yoluxmasın. Son zamanlar koronavirus infeksiyasının yayılma sürəti artıb. Artıq hər kəsin ətrafında koronavirusdan ölən, yoluxan insanlar var. İnsanlar daha nə qədər maariflənməlidir ki, vaksinasiyaya getməyin yeganə çıxış yolu olduğunu anlasınlar?” 
 
Həmsöhbətimiz vətəndaşların belə bir taleyüklü məsələdə bir qədər anlaşımaz davrandıqlarını da etiraf edib: "Vaksin olmayanda dövləti günahkar sayırdılar ki, niyə gətirməmisiniz.  Gələndə də prosesdən yayınmaq üçün müxtəlif bəhanələr uydururlar. Vaxtilə dünyada mövcud olan bir sıra xəstəliklər məhz vaksin hesabına ortadan qaldırılıb. İnsanlarımız bununla bağlı kifayət qədər maarifləniblər. Sadəcə olaraq, bəzilərində müəyyən qədər inamsızlıq, laqeydlik var. Bu istiqamətdə hansısa həvəsləndirici addımlar haqqında düşünməməliyik. Özümüzü və ətrafdakıları qorumaq üçün mütləq vaksinasiyaya getməliyik”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə maarifləndirmə işlərini genişləndirməyi məqsəduyğun hesab edir: "Vaksinasiyanın geniş miqyas alması üçün məlumatlandırma çox vacibdir. Vaksinasiyanın əhəmiyyəti insanlara çatdırılmalıdır. Çünki vaksinasiya pandemiyanın aradan qaldırılmasının yeganə yoludur. Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə vaksin olunanlara xarici ölkələrə sərbəst hərəkətə icazə verən "yaşıl pasportun” təqdim edilməsi müzakirə olunur. Reallaşarsa, bunun özü də insanlara prosesdə aktiv olmaq üçün stimul verə bilər. Düşünürəm ki, belə təşviqlər daha cəlbedicidir”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...