Peyvənd olunan Oqtay Şirəliyevdən İLK AÇIQLAMA
11:41 / 18.01.2021
1626
"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, əksər ölkələrə vaksinasiya ilin sonunda başlayacaq:
"Amma Azərbaycan bütün şirkətlərlə əlaqədə olub. Vaksinin kifayət qədər təhlükəsizlikdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulasız", - o bildirib.