Peyvənd etdirməyənlər koronavirusa yoluxduqda korluqla üzləşə bilərlər - Professordan xəbərdarlıq

Peyvənd etdirməyənlər koronavirusa yoluxduqda korluqla üzləşə bilərlər - Professordan xəbərdarlıq
COVID-19-un daha bir yan fəsadı ortaya çıxıb.
 
Sfera.az bildirir ki, virusa yoluxanlarda görmə itkisinin olduğu müşahidə edilib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin koronavirus elmi komitəsinin üzvü professor Alper Şener açıqlama verib. 

Peyvənd edilməmiş və ya natamam peyvəndli insanlarda pandemiyanın yeni əlamətlərinin təsbit edildiyini bildirən mütəxəssis sözlərinə belə davam edib:
"Pandemiyanın başlarında koronavirusa yoluxan insanların gözlərində kliniki qızartı və sulanma var idi. Sonradan gördük ki, bunlar optik sinirə, gözə zərər verəcək şəkildə təsir edir. Belə olan halda, vaksinin əhəmiyyəti bir daha ortaya çıxır. COVID-19 əleyhinə olan peyvəndlər insanları təkcə virusdan deyil, həm də xəstəlikdən sonra yarana biləcək simptomlardan qoruyur”.

Alper Şener COVID-19 diaqnozundan sonra görmə problemi olan xəstələrin sayının sürətlə artdığını və bu istiqamətdə elmi araşdırma apardıqlarını da bildirib.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3D çaplı peyvənd hazırlanıb - "Daha çox qoruyacaq..."

ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar. Sfera.az xəbər verir ki, &...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda daha 35926 nəfər peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildiril...

COVID-19-a yoluxma sayı artdı – GÜNLÜK STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır. Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə ...

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.   Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u...

Bu universitetin 64 tələbəsi KORONAVİRUSA YOLUXUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində indiyədək 64 tələbə koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, hazırda 28 qrup təhsilini distant şəki...