Peterburqda azərbaycanlını amansızcasına döydülər
13:30 / 20.08.2019
1727
Dünən, avqustun 19-da Peterburqdakı Aleksandrovski xəstəxanasından polis bölməsinə, ora başından müxtəlif xəsarətlər alan Azərbaycan vətəndaşının gətirilməsi barədə xəbər daxil olub.
Bu barədə yerli KİV-ə şəhərin hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Zərərçəkənin dostunun dediyinə görə, Krılenko küçəsində ona iki nəfər naməlum şəxs hücum edib və döyüb. Zərər çəkəni qapalı kəllə-beyin travması, orta beyin kontuziyası, sol temporal bölgənin kontuziya-hemorragik ocaqları ilə xəstəxanaya çatdırıblar.
Həkimlər xəstənin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Zərər çəkən Rusiyaya avqustun əvvəlində şəxsi səfər məqsədi ilə gedib.
Hadisə yerində video nəzarət olmayıb.