Peskovdan Putin-Zelenski görüşü barədə AÇIQLAMA

Peskovdan Putin-Zelenski görüşü barədə AÇIQLAMA
Kremlin sözçüsü Dmitriy Peskov Putin-Zelenski görüşü barədə yeni açıqlama verib.
 
Sfera.az bildirir ki, o, Rusiyanın bu görüşün əleyhinə olmadığını deyib. "Lakin bu görüşün hazırlıqsız baş tutması mümkün deyil”, - deyə Peskov əlavə edib. 

Kreml rəsmisi Rusiyanın Ukraynaya hücumları zamanı tutulan və dinc sakinləri öldürmək ittihamı ilə həbs edilən rus əsgərinin bu gün mühakimə olunma məsələsinə də toxunub: 

"Təəssüf ki, nə bu işdən, nə də başqa hallardan xəbərim yoxdur. Bunun nə dərəcədə doğru olduğunu da bilmirəm. Rusiya prezidenti fabrik ərazisində olan mülki vətəndaşların istədikləri yerdən gedə biləcəyini deyib. Zavoddakı əsgərlər ərazidən ayrılandan sonra bütün lazımi tibbi yardım göstəriləcək".
 
Moldovanın Rusiya qazı üçün Moskvaya ödəniş etməməsi ilə bağlı iki ölkə arasında yaranan fikir ayrılığına diqqət çəkən Peskov, "Mallar çatdırılarsa, ödəniş edilməlidir. Bu mövzuda danışıqlar Qazprom vasitəsilə aparılır. Ancaq borclar mütəmadi olaraq artmamalıdır. Təfərrüatları "Qazprom”dan öyrənmək olar. Bunun arxasında heç bir siyasi səbəb yoxdur”, deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tramp yenidən prezident olacaq? – Həyat yoldaşından AÇIQLAMA

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp vəzifəsini tərk etdikdən sonra onun həyat yoldaşı Melaniya Tramp ilk dəfə olaraq ərinin Ağ Evə ikinci dəfə namizəd ola bil...

“İmran Xan həbs olunarsa…” - Şeyx Rəşid Əhməd planı açıqladı

Avami Müsəlman Liqasının (AML) lideri və Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd Feysabad şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, h...

“McDonald's” Rusiyanı tərk edir

ABŞ-ın "McDonald's” şirkəti Rusiyada olan biznesini satmağa başlayıb. Sfera.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı şirkət bəyanat yayıb....

Rusiya “Avroviziya-2022” ilə bağlı kiberhücumlar təşkil edib

Mayın 10-da keçirilən "Eurovision” (Avroviziya) mahnı müsabiqəsinin yarımfinalında və şənbə günü keçirilən finalda rusiyayönlü qrupların kiberhücumlarının qarşı...

Tramp "Twitter"dən birdəfəlik imtina etdi

ABŞ-ın eks-prezidenti Donald Tramp heç vaxt "Twitter"ə qayıtmayacağını bildirib. Sfera.az xəbər verir ki, bu barədə siyasətçi özü açıqlama verib. "T...

İtlərin hürməyinə qadağa qoyuldu – 15 dəqiqədən artıq hürərsə…

ABŞ-ın İllinoys ştatının Avrora şəhərində günün müəyyən saatlarında itlərin hürməsi məhdudlaşdırılıb.  Sfera.az bildirir ki, ABŞ mətbuatında çıxan xə...