Peşə təmayüllü siniflərin yaradılacağı yerlər açıqlandı

Peşə təmayüllü siniflərin yaradılacağı yerlər açıqlandı
2019-2020-ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. 

Təhsil Nazirliyindən verilən məlumata görə, peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də, maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də, peşə təhsilinə hazırlanmasıdır.

Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər.

Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Deksametazon, antibiotiklər əvəzinə bunları edin — Koronavirusdan sağalan deputatdan tövsiyə

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ona ünvanlanan çox sayda suallara cavab verən həkim...

Xüsusi təyinatlımız dəhşətli faktları açdı: Ermənilər deyirdi...

Qalib əsgər, qalib vətəndaş! Necə də qürurlu səslənir hər iki söz. Bu hissi yaşayan da, yaşadan da xoşbəxtdir. Çünki 30 ildir həsrətində olduğumuz, qovuşmaq üçü...

Ərdoğan peyvənd olunacaq? - AÇIQLAMA

"Şəxsən mənim peyvənd olunmaq məsələsində hər hansı sıxıntım yoxdur”. Sfera.az xəbər verir ki, bunu ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurna...

FHN Samuxda baş vermiş partlayışla bağlı məlumat yaydı - FOTO

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Sfera.az Fövqəladə Hallar ...

Abşeronda ana və qızı yol qəzasında yaralandı

Abşeron rayonunda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığ...

Bakının məşhur yerləri Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTOLAR

Dekabrın 4-də canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Sfera.az-...