Peşə təhsili üzrə ixtisasların sayı artırıldı

Peşə təhsili üzrə ixtisasların sayı artırıldı
Nazirlər Kabineti peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişikliklər edib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatının peşə-ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə təhsili xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi üçün peşə təhsili üzrə ixtisasların təsnifatının təkmilləşdirilməsi zərurətini yaradır.

Bununla əlaqədar olaraq, müvafiq sahədə fəaliyyət göstərən işəgötürənlərin və onların assosiasiyaları ilə sıx əlaqədə müəyyən edilmiş və beynəlxalq təcrübədə peşə təhsili pilləsi üçün uyğun olan "Kosmetologiya” ixtisas qrupu və bu qrupa daxil olan "Kosmetoloq, texnik”, "Kosmesevt”, "Masajist” ixtisasları, həmçinin müxtəlif ixtisas qrupları üzrə "Avtomobil diaqnostikası və təmiri ustası”, "İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, "Üzümçülük və şərab ustası”, "Mebel ustası”, "Qrafik dizayner”, "Kompüter şəbəkə inzibatçısı”, "İnormasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisaslarının "Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na daxil edilməsini nəzərdə tutan Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilib.

OXŞAR XƏBƏRLƏR