Bu tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM

Bu tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri "5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə 75 manat, akademik göstəriciləri "4” və "5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 60 manat, akademik göstəriciləri "3” - "5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə 50 manat təqaüd veriləcək.

Eyni zamanda dəyişikliyə görə dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə müəyyən edilmiş məbləğlərdə ödənilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident onu səhiyyə naziri təyin etdi - SƏRƏNCAM

Teymur Musayev səhiyyə naziri təyin edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısı...

DTX xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlara qarşı əməliyyat keçirdi

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər. Sfera.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bil...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tar...

“Paşinyanın “ağ fillər”i Rusiyaya qaytarılsın” - Müharibədə heç bir işə yaramayıb...

Ermənistanın 44 günlük Qarabağ müharibəsindən iki il əvvəl Rusiyadan dörd Su-30SM qırıcısını niyə aldığı hələ də müəmma olaraq qalır. Çünki bu təyyarələr Azərba...

Yolu azaraq Azərbaycan ərazisinə keçən erməni geri qaytarıldı

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan - Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərh...

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Sfera.az müsahibəni təqdim edir:   ...