Pərvizlə Türkan canlı yayımda ŞOK yaşadı: Masanın üzərinə uzanıb, sonra göyə qalxdılar - VİDEO

Pərvizlə Türkan canlı yayımda ŞOK yaşadı: Masanın üzərinə uzanıb, sonra göyə qalxdılar - VİDEO

Xəzər TV-də yayımlanan "Hər Şey Daxil” səhər şousunda maraqlı olaylar baş verib.

Sfera.az xəbər verir ki, proqramda qonaq olan populyar müğənnilər Pərviz Bülbülə və Türkan Vəlizadə canlı yayımda həyəcan dolu anlar yaşayıblar.  

Verilişdə daha bir qonaq sehrbaz Anar Əliyev hər iki müğənnini ayrı-ayrılıqda sehri ilə göyə qaldırıb. Sehrinin gücünü nümayiş etdirmək üçün Anar öncə Türkanı kiçik masanın üzərinə uzandırıb. Daha sonra onun üzərini qara rəngli şalla örtüb. Əl hərəkətləri ilə Vəlizadəni masanın üzərindən göyə qaldıran sehrbaz hamını sözün əsl mənasında heyrətləndirib.

Daha sonra eyni sehri Anar Pərviz üzərində icra etmək istəsə də, o, razı olmayıb. Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) inadı ilə Bülbülə masaya dəvət edilib. Sehrbaz Pərvizi masaya uzandıraraq Türkan kimi onun üzərini şalla örtüb və havaya qaldırıb. Gördüklərindən təəccübünü gizlədə bilməyən verilişin aparıcısı əlini Pərvizlə masa arasında olan məsafəyə aparıb. Beləcə, həqiqətən də hər iki məşhurun heç bir gücün köməyi olmadan havaya qalxmasını sübüta yetirib.

Sehr bitdikdən sonra isə P.Bülbülə masanın üzərindən durmaq istəməyib. (oxu.az)


 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...